Videodakı şəxsin Elmar Vəliyev olduğu təsdiqləndi - VİDEO

Videodakı şəxsin Elmar Vəliyev olduğu təsdiqləndi - VİDEO
  25 Avqust 2018    Oxunub:27480
Gəncədə sui-qəsdə məruz qalan icra başçısı Elmar Vəliyevə aid olduğu iddia edilən görüntülər yayılıb. Yerli mətbuatda yayılan kadrlarda onun səhhətinin yaxşı olduğu, normal şəkildə qidalandığı görünür. Buna baxmayaraq, həmin şəxsin icra başçısının oxşarı ola biləcəyi də vurğulanıb.
AzVision.az-ın əldə etdiyi məlumata görə, internetdə yayılan videodakı şəxs Elmar Vəliyevin özüdür. Görüntülər bir neçə gün əvvəl lentə alınıb. İcra başçısının müalicəsi artıq başa çatıb və hazırda reabilitasiya mərhələsindədir.

Yaxınlarının saytımıza bildirdiyinə görə, E.Vəliyev qısa müddətdə işə qayıdacaq.



Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

Elmar Vəliyevin yeni görüntülərini ilk olaraq Müsavat.com saytı yayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Elmar-Vəliyev  





Xəbər lenti