Azyaşlı qızlara cinsi zorakılıq edən şəxs tutuldu - FOTO
İstintaqın gedişi zamanı A.Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən A.Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq- əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekadr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib. Əsasən 10-15 yaş arasında olan qızları izləyən A.Paşayev binaların girişində mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları A.Paşayevin paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyini istisna etmirlər. Onun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.
AzVision.az
Teqlər: DİN