Metroda qatarların hərəkətində problem yarandı

Metroda qatarların hərəkətində problem yarandı
  10 Sentyabr 2018    Oxunub:1623
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzVision.az-a bildirib ki, saat 10:50-də qatar texniki nasazlıq səbəbindən “Sahil” - “28 may” stansiyaları arasında tuneldə qalıb.

“Təlimat tələblərinə görə köməkçi qatar verilib. Texniki nasazlığı olan qatar “28 may” stansiyasında boşaldılıb və köməkçi qatar vasitəsilə 20 dəqiqə ərzində xətdən çıxarılıb. Yeni qatar xəttə buraxılıb. Ümumi qrafikdə 10 dəqiqə gecikmə olub”.

B.Məmmədovun sözlərinə görə, problemin səbəbi texniki baxışdan sonra bilinəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: Metro   Qatar  





Xəbər lenti