Milli Musiqi Günü metroda qeyd olunacaq

Milli Musiqi Günü metroda qeyd olunacaq
  14 Sentyabr 2018    Oxunub:1570
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzVision.az-a bildirib ki, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq:

"Budəfəki proqramda müsiqi proqramları saat 11:00-dan 12:30-dək “İçərişəhər” stansiyası, 12:00-dan 13:30-dək “Sahil” stansiyası, 13:00-dan 14:30-dək “28 May” stansiyası, 14:00-dan 15:30-dək isə “Elmlər Akademiyası” stansiyasında olacaq. Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir".

AzVision.az


Teqlər: Metro  





Xəbər lenti