Deputatlarımız Avropa Parlamentinə etiraz etdi

Deputatlarımız Avropa Parlamentinə etiraz etdi
  24 Oktyabr 2013    Oxunub:1020
“Azərbaycandan nəyisə qoparmaq istəyirlər”
Avropa Parlamentinin Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini tanımamasına millət vəkilləri reaksiya verib.
AzVision.az-a danışan deputatlar belə bir qərarın gözlənilən olduğunu bildiriblər.

Millət vəkili Eldar İbrahimov bu barədə danışmağı boş cəfəngiyat adlandırıb:

“Bütün beynəlxalq təşkilatlar, ATƏT-in Demokratiya və Təsisatlar İnstitutu da keçirilən şəffaf seçkilərə qara yaxdılar. Bu, gözlənilən idi. Yaddan çıxartmaq lazım deyil ki, Azərbaycanda prezidenti Azərbaycan xalqı seçir. Xalq öz prezidentini yüksək səviyyədə seçib. Seçkinin nəticələri göz qabağındadır. Bir çox dünya ölkələrinin nümayəndələri nəticələri qəbul ediblər, istər ATƏT-in Parlament Assembleyası, istərsə də digər qurumlar seçkilərin şəffaf keçirilməsini qeyd ediblər. Bir –iki təşkilat yazırsa narazıdır, qoy narazılığını etsin. Belə narazılıqlara əhəmiyyət vermirəm. Onlarla beynəlxalq təşkilatlar bəyənib, biri də bəyənmir. Bütün ölkələrin prezidentləri zəng vurub, prezidenti təbrik ediblər. Bu barədə danışıqları boş cəfəngiyat hesab edirəm. Kim qəbul edir, kim qəbul etmir, heç bu haqda müsahibə verməyə ehtiyac yoxdur”.

Prezidentliyə keçmiş namizəd, millət vəkili Zahid Oruc da Avropa Parlamentinin Azərbaycana dair iki mövqe ortaya qoyduğu vurğulayıb:

“Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bu qurum 90-ci illərdə regiondakı prosesləri kifayət qədər Qərbin maraqları konteksində təhlil edərək, açıq-aşkar Ermənistanın tərəfində dururdu. Bu, nəinki təkcə Rusiya tərəfindən, eləcə də Avropa dövlətləri vasitəsilə təcavüzkarın stimullaşdırılması sayıla bilər.O dövrdə həqiqətən də beynəlxalq hüquq prinsipləri əsas götürülsəydi və bu bölgədəki hadisələr ərazi bütövlüyü prinsipi konteksində dəyər alsa idi, onda qətnamələr, verilən qərarlar ayrı cür olardı və bu düşmən bir ölkənin işğalçılıq siyasətinin qarşısını almağa təsir göstərərdi. Digər tərəfdən isə 90-ci illərdə münaqişə belə vəziyətə gəlib çatmamış müxtəlif iqtisadi siyasi sankisyalar vasitəsilə , Azərbaycanın da bu meydanda tək qalmamağına aparıb çıxarardı. 20 ildən sonra Avropa Parlamenti qonşuluq siyasəti çərçivəsində bir ölkənin başqa dövlətin ərazisinin işğal etməsini yolverilməz sayır, sanki BMT qətnamələrini müəyyən bir səviyyədə qəbul etdiyini göstərməyə çalışır.

Bunun hesabına siyasi-ideoloji örtük yaradaraq ,özünün ədalətli mövqeyini göstərmək naminə, başqa mələsədə seçkiyə qiymət də ATƏT-in bir burosunun rəyini daha da stimulaşdırır onu qabardır. Azərbaycana qarşı beynəlxalq təsirləri gücləndirmək istədiyini sübuta yetirmək istəyir»-deyə Z.Oruc etirazını bildirib.

Z.Oruc həmçinin qeyd edib ki, Putinin Bakı səfərindən sonra bir sıra dövlətlərin Azərbaycana qarşı mövqeyi dəyişib.

“Şübhəsiz, bu, gözlənilən bir qərar idi. Onu da deyim ki,cənab İlham Əliyevin Rusiya prezidenti Putinlə görüşündən sonra qərb dövlətlərinin bəzilərində, o cümlədən onların maraqlarının aləti olan təşkilatlarda Azərbaycan qarşı münasibət dəyişdi”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa Avropa Parlametinin qərarını belə şərh edib:

“Burada demokratiya tələbi əsas deyil. Əsas tələb nəyisə Azərbaycandan qoparmaqdır. Avropa qurumlarında olmuş və onların faəliyyətini izləyən bir şəxs kimi məsuliyyətlə deyə bilərəm ki, istənilən məsələdə Ermənistanla Azərbaycan arasında hər hansı bir şəkildə bərabərlik yaranmasın deyə, Ermənistanın işğalçı mövqeyindən diqqət yayınsın deyə, hər zaman bu kimi məsələlərdə prinsiallıq göstərirlər. Əgər bunu demokratiya naminə etsəydilər, normal qəbul etmək olardı. Deyə bilərdik ki, bu həqiqətən də ölkəmizdə müəəyyən demokratik islahatların aparılmasına yardım edəcək. Amma Avropanın hələ indiyənə qədər bunu qəti şəkildə tələb etdiyinin şahidi olmamışam. Yaxşı olardı ki, Avropa qurumları birinci, Azərbaycana münasibətdə özünün səmimiyyətinə inandırsın və prinsipial olaraq , Ermənistan Dağlıq Qarabağ məsələsində açıq birmənalı mövqe tutsun və Azərbaycana tövsiyələrini verən də, yaxud da Azərbaycanda seçkinin nəticələrini tanımayanda artıq Azərbaycan ictimaiyyəti də bu səmimiyyəti özünə inandırmış olacaq.

Çox təəsüf ki, bu, yoxdur , o baxımından da bu addımı hiyləgər bir gediş kimi qiymətləndirirəm. Azərbaycandan nəyisə qopartmaq üçün atılan addımdır. İstənilən vaxt bu qərar verilə bilərdi . Avropanın Rusiya qarşsında bölgədə hansısa bir addım atmağa imkanı yoxdur. Bunu pərdələmək üçün kiçik dövlətlərlə özünün münasibətlərini bu formada çözmək düzgün deyil. Avropa bu qədər prinsipal mövqe tutursa , əslində Rusiya ilə əlaqəni kəsməlidir, çünki Gürcüstanın işğalı məsələsi, Azərbaycanın da Ermənistan tərəfindən işğalı var. İşğalçı ölkələrlə əməkdaşlıq etməməlidirlər. Ən böyük prinsiplilik budur. Əgər bu prinsipial addım atılsa, qalan məsələlər artıq mənasız detallardır”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti