Məhkuma gözyaşardıcı qaz balonu keçirmək istədi - FOTO

Məhkuma gözyaşardıcı qaz balonu keçirmək istədi - FOTO
  09 Oktyabr 2018    Oxunub:2347
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələrinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əzizov Qurban Alduz oğluna tanışı Bakı şəhər sakini Abbasov Elşən Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman ayaqqabısının içərisində gizlədilmiş 1 ədəd Ukrayna istehsalı olan “TEPEH-1” markalı gözyaşardıcı qaz balonu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Məhkum   Həbsxana  





Xəbər lenti