"Əməkdaşlığın genişləndirilməsində səylər artırılacaq" - Norveç səfiri
Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası ilə Norveç Krallığı arasında elm, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı üçün imkanların olduğunu qeyd edib.
Naxçıvan haqqında geniş məlumata malik olduğunu bildirən Olav Nils Thue muxtar respublikaya səfərindən və göstərilən münasibətdən məmnunluğunu ifadə edib. Qonaq ölkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb, əməkdaşlığın genişləndirilməsində səylərin artırılacağını vurğulayıb.
Azvision.az