"Təkliflərdən belə çıxır ki, hökumət bunun əleyhinədir?" - Vitse-spiker

  14 Noyabr 2018    Oxunub : 441
 "Təkliflərdən belə çıxır ki, hökumət bunun əleyhinədir?" - Vitse-spiker
“Təklif edirlər ki, pensiyaları, uşaqlara verilən müavinətləri artıraq. Bu, çox gözəl təklifdir. Amma kimsə həmin məsələlərin həllinə nə qədər vəsaitin lazım olduğunu və onun mənbəyini göstərmir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin vitse-spikeri Valeh Ələsgərov deyib.

“Təkliflərdən belə çıxır ki, deputatlar milləti, xalqı sevir, hökumət üzvləri isə bunun əleyhinədir? Onlar da bu millətdəndir. Əgər təkliflərinizin həlli üçün maliyyənin mənbəyini bilirsinizsə, hökumət üzvləri bölüşün”- deyə, V.Ələsgərov qeyd edib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Büdcə   Hökumət