Vergi sistemində 7 illik güzəşt tətbiq olunacaq

Azvision.az-ın məlumatına görə, Parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında nazir müavini bildirib ki, təklif olunan paket dəyişikliklər bir neçə mühüm istiqaməti müəyyən edib:
Qeyd edək ki, Vergilər Məcəlləsinə dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır. Burada aylıq əməkhaqqı 8 000 manatadək olan vətəndaşlarda gəlir vergisi "0" səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir. Əmək haqqı ilə bağlı iki ödəniş növü - fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin vahid olması təklif edilir.
Mövcud qanunvericiliyə görə, 173 manata qədər olan əməkhaqqlarında fiziki şəxslərin gəlir vergisi 0%, 2 500 manata qədər olan əməkhaqqıya görə fiziki şəxslər üçün 14%, 2 500 manatdan yuxarı olanlar üçün 25% gəlir vergisi nəzərdə tutulur. Hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var. Yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm 2 500 manatdan 8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir. Aylıq əməkhaqqı 8 000 manatdan yuxarı məbləğ isə 25%-dən 14%-ə endirilir.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Vergilər-Nazirıliyi