”Forbes” nə üçün Obamanı yox, Putini seçdi? – TƏHLİL

”Forbes” nə üçün Obamanı yox, Putini seçdi? – TƏHLİL
  01 Noyabr 2013    Oxunub:1035
Nə üçün Putin ilin ən nüfüzlu şəxsi elan edildi?
“Forbes” jurnalının ilin ən nüfuzlu insanı kimi Barak Obamanı yox, məhz Vladimir Putini seçməsi bir sıra kəkin tənqidi çıxışlarla qarşılanıb. Lakin bu arada iki vacib məqamı qeyd etmək lazımdır.

Birincisi, ABŞ-in bir dövlət kimi nüfuzunu Barak Obamanın bu dövlətin başçısı olaraq malik olduğu nüfuzla eyniləşdirmək olmaz. Danılmaz bir faktdır ki, istər iqtisadi, istərsə də hərbi gücünə görə Birləşmiş Ştatlar Rusiyadan xeyli öndədir. Lakin bizim araşdırmamız ölkələr və ya şirkətlər haqda yox, məhz insanlar haqdadır. İkincisi, və ən əsası, Obama öz istəyi ilə beynəlxalq aləmdə özünü zəif tərəfdən nümayiş etdirir.

Doğrudur, daxili siyasədə o daima güc nümayiş etdirir və bununla da iqtisadiyyatın idarə edilməsini öz əlində saxlayır. Hətta Konqress onun hər hansı qanunvericvilik təşəbbüsünü qəbul etmədikdə o müxtəlif vasitələrlə prezident fərmanları və ya nizamlayıcıların misilsiz səlahiyyət aktları vasitəsilə olsa belə, öz təşəbbüsünün qəbul olunmasına çalışır.Hətta qanunun aliliyi Ağ evin indiki sahibi üçün öz istəklərini həyata keçirməyə mane ola bilməyib. Obama Administrasiyası ona “sərf etməyən” məhkəmə qərarlarını sadəcə görməzlikdən gəlməyi üstün tutur. Xalqa səhiyyə siğortaları veriləcəyi haqda uydurduğu yalanın iflası da prezidenti qorxutmur. Başından bəri islahatın yeganə məqsədi şəxsi tibbi siğorta bazarını və həkimlərin fərdi fəaliyyət təcrübəsini məhv etməyə yönəlmişdi. Qəti sosialistlər çoxdan başa düşüblər ki, insanları kütlə halında idarə etmək daha asandır. Nəticədə Obama siyasi cəhətdən zəiflədi- nə islahatlar planını təqdim edə bildi, nə də iqtisadi böhrandan çıxmış ölkə iqtisadiyyatını tarazlaya bildi, üstəlik qəzəbli xalqın etibarını da itirmiş oldu.

Lakin prezident üçün ən vacib məsələ öz hakimiyətini qoruyub-saxlamaqdır. Bütün bu hadisələrin fonunda Obama ikinci dünya müharibəsindən bəri hakimiyyətdə olmuş ABŞ prezidentləri arasında ən az nüfuza malik şəxsə çevrilmiş oldu. Hətta Cimmi Karter xarici işlərlər sahəsində Obamadan daha yaxşı məşğul olurdu. Diplomatlar hələ də Obamanın beynəlxalq konfranslara necə laqeyd yanaşdığını gördükdə heyrətə gəlirlər. Obamanın özünü belə aparması heç də təsadüfi deyil. Prezident Amerikanı dünyadakı ən böyük şər qüvvə hesab edir və ABŞ-ın dünya arenasındakı nüfuzunu Albaniya və Belçikanın nüfüzu səviyyəsinə endirmək istəyir. Liviya kampaniyasında Britaniya və fransanın idarəçiliyi öz əllərinə almasının səbəbi də bu idi. 2009-cü ildə İranda hakimiyyət əleyhinə kütləvi nümayişlər başlayan zaman Obama yerli mürtədlərə heç minimal köməklik də göstərmədi. “Dünyanın ən böyük qüvvəsinin” zəif və beynəlxalq münaqişələrin passiv müşahidəçisinə çevrilməsi hətta 50-ildən çox müttəfiqi olmuş Səudiyyə Ərəbstanın onunla açıq-aşkar münasibətlərinin kəsməsinə gətirib çıxardı. Hətta Çin ABŞ-in zəiflədiyini hiss etməyə başladı və onun yaxın qoonşuları olan Yaponiya və Koreyanın da bunu hiss etməsi ABŞ üçün heç də yaxşı nəticələrə gətirib çıxartmaya bilər. Əks halda Vaşinqtonun “dünya jandarı” rolundan imtina etdiyini düşünən Tokio və Seul dərhal nüvə ehtiyatlarının yaradılmasına başlayacaqlar.

Beləliklə, Obamanın yeritdiyi siyasə nəinki Amerikanın rolunu heçə endirir, bütövlükdə dünyanın geosiyasi tarazlığını təhlükə altında qoyur. Ola bilər ki Prezident Birləşmiş Ştataların aparıcı nüfuzunu zəiflətmək istəyir, lakin dünya özü buna imkan verməyəcək: dünyada zoraklığın artması avtomatik olaraq Vaşınqtondan işə qarışçağı tələb edəcək. Ən çox ehtimal olunan variantlardan biri İrann nüvə silahi hazırlamasıdır. Kim zəmanət verə bilər ki, Obamanın Suriyaya hücum vədi və Tehranla oyunlarından sonra İsrail hələ də Amerikaya regionda sabitlik qarantı kimi baxmağa davam edəcək?


Qeyd: Məlumat “Forbes” jurnalıdan tərcümə edilib.

Hazırladı: Ülkər


Teqlər:  





Xəbər lenti