Ruhani ABŞ-ı hədələdi: “Fars körfəzini bağlayacağıq”

  04 Dekabr 2018    Oxunub : 3838
 Ruhani ABŞ-ı hədələdi: “Fars körfəzini bağlayacağıq”
"ABŞ İranın öz neftini ixrac etməsini durdura və İranın neft tankerlərinin Fars körfəzindən keçməsinin qarşısını ala bilməz"
Azvision.az xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani ölkəsinin şimalındakı Şahrud şəhərinə səfəri zamanı çıxışında deyib. Bildirib ki, Vaşinqtonun İran tankerlərinə qarşı istənilən blokadası körfəzdən keçən bütün neft ixracatlarının da bloklanmasilə nəticələnəcək.

“Amerika bilməlidir ki, biz öz neftimizi satırıq və satmağa davam edəcəyik. Onlar bizim neft ixracatımızı dayandıra bilməzlər. Əgər bir gün onlar İranın neft ixracatının qarşısını almaq istəsələr, onda Fars körfəzindən heç bir neft ixrac olunmayacaq”, – Ruhani xəbərdarlıq edib.

Xatırladaq ki, Vaşinqtonla Tehran arasındakı münasibətlər 8 mayda ABŞ prezidenti Donald Trampın Amerikanı birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxardıqdan sonra korlanıb. Bunun ardınca 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minib və İranın enerji, nəqliyyat və bank sektorunu əhatə edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İran   Farskörfəzi   ABŞ