Bəzi marşrutların hərəkət istiqaməti dəyişdiriləcək

Bəzi marşrutların hərəkət istiqaməti dəyişdiriləcək
  11 Dekabr 2018    Oxunub:1553
12 dekabr Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az-a verilən məlumat deyilir ki, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti