Azərbaycanlıların yeni diaspor təşkilatı yaradıldı - FOTO

Azərbaycanlıların yeni diaspor təşkilatı yaradıldı -  FOTO
  15 Dekabr 2018    Oxunub:3240
Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlıların yeni diaspor təşkilatı təsis olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, yeni təşkilatın təqdimat mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti, İstanbuldakı Azərbaycan diasporunun üzvləri, burada təhsil alan gənclər və digər qonaqlar iştirak edib.



Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənın dövlət himnləri səsləndirilib. Daha sonra Dərnəyin sədri Sənan Quliyev təşkilatın məqsədi, fəaliyyət istiqamətləri, həyata keiriləcək layihələr barədə məlumat verib. Bildirilib ki, dərnəyin əsas məqsədi Türkiyədə yaşayan soydaşlarımızın xüsusilə, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, onların tibbi xidmət, miqrasiya, işlə təmin olunmaları, təhsil və təqaüd proqramlarına çıxış imkanalarının genişləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir.



Təqdimat mərasimində çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev son aylarda görülən işlər, o cümlədən dünya azərbaycanlılarının virtual birliyinə nail olmaq məqsədi ilə informasiya texnologiyaları vasitsəsilə həyata keçirilmiş layihələr haqqında danışıb. V.Hacıyev xarici dövlətlərin, o cümlədən Türkiyənin müxtəlif universitetlərinədə 20 minə yaxın azərbaycanlı gəncin təhsil aldığını qeyd edərək İstanbulda Gənc Azərbaycanlılar Dərnəyinin onlara müxtəlif istiqamətlərdə dəstəyin göstərilməsinə müsbət töhfə verəcəyini bildirib. O, tədbirdə iştirak edənlərin Türkiyə cəmiyyətində öz mövqeyini tutan gənclər olmasının sevindirici olduğu deyib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.



Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli toplantıda qaldırlan bəzi məsələlərə münasibət bildirib. O, Türkiyədə, xüsusuilə İstanbul şəhərində sənədsiz məskunlaşmış azərbaycanlıların problemlərinə toxunaraq deyib ki, Dövlət Komitəsi problemlərin həlli üçün lazım olan bütün adımları atır və digər dövlət quurmları ilə birgə iş aparır.



O, eyni zamanda, dünyanın harasından yaşamasından asılı olmayaraq, əsası ümummilli lider H.Əliyevi tərəfindən qoyulmuş azərbaycançılıq ideyalarının yaşadılması və təbliği baxımından gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Tədbir qarşılıqlı müzakirələr və sual-cavabla yekunlaşdı.

Azvision.az


Teqlər: Diaspora   Azərbaycan  





Xəbər lenti