Nazirliyin aksiyasına “ASAN xidmət” də qoşuldu

Nazirliyin aksiyasına “ASAN xidmət” də qoşuldu
  15 Dekabr 2018    Oxunub:2219
Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” şüarı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən başladılan payız ağacəkmə kampaniyasına “ASAN xidmət” in kollektivi də qoşulub.
Belə ki, dekabrın 15-də keçirilən aksiya zamanı ETSN-nin və “ASAN xidmət” in kollektivi keçmiş Yod-Brom zavodunun nazirlik tərəfindən təmizlənmiş 6 hektar ərazisində 5000-ə yaxın müxtəlif cinsli ağac əkib.

Əkilən fidanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Nazirlik payız ağacəkmə kampaniyasını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.




Teqlər: ETSN   Aksiya   Nazirlik  





Xəbər lenti