Gələn il 800 əlil və şəhid ailəsinə ev veriləcək
Beləliklə, dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb ki, bu da 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyalardan olanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan verib.
Qeyd olunan 35 mənzilin verilməsindən sonra nazirlik tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış 145 mənzil və Mehdiabad qəsəbəsində 72 mənzil, Bakının Qaradağ rayonunda 200 mənzil, İmişli rayonunda 54 mənzil, Şamaxı rayonunda 36 mənzil, o cümlədən regionlarda fərdi evlər şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
Bununla da 2018-ci il 31 dekabr tarixinə ölkədə mənzillə təmin edilmiş əlil və şəhid ailələrinin sayı 6,7 minə çatıb. Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, 2019-cu ildə azı 800 mənzilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi nəzərdə tutulur.
Azvision.az