İki erməni əsgəri minaya düşüb

 İki erməni əsgəri minaya düşüb
  17 Yanvar 2019    Oxunub:2060
Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıblar. Hərbçilər təcili hərbi tibb müəssisəsinə təxliyə ediliblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, dünən Ermənistan KİV-i Tavuş vilayəti Barekamavan kəndinin sakini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat verib.

Azvision.az




Teqlər: Erməni-əsgər   Mina  





Xəbər lenti