Doha-Bakı-Doha aviareysi ləğv olundu

Doha-Bakı-Doha aviareysi ləğv olundu
  19 Yanvar 2019    Oxunub:1812
Yanvarın 19-da həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.
Azvision.az AzərTac-a istinadən xəbər ki, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 11:35-də “QR 351” saylı Dohadan Bakıya olan uçuşu ləğv olunub.

Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyi üçün “Qatar Airways”in yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Azvision.az


Teqlər: Doha  





Xəbər lenti