Nazir kadr dəyişikliyi etdi

  22 Yanvar 2019    Oxunub : 1906
 Nazir kadr dəyişikliyi etdi
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Azvision.az

Teqlər: Nazir   Kadr