“Boşanmış qadınlar başqasını sevə bilərlər” - Komitə sədrinin müavini

   “Boşanmış qadınlar başqasını sevə bilərlər” -    Komitə sədrinin müavini
  23 Yanvar 2019    Oxunub:2491
"Azərbaycanda boşanmış kişilərin keçmiş həyat yoldaşları üzərində təzyiqləri, onların yenidən ailə qurmasına mane olması və zorakılıq göstərməsi ilə bağlı faktları çox görürük"

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova boşanmış qadınların ikinci dəfə ailə qurması ilə bağlı problemlərdən danışarkən deyib.
Onun fikrincə, kişi qadından boşanıbsa, artıq onun üzərində heç bir hüququ yoxdur: "Kişinin hüququ yalnız uşaqları üzərindədir. Boşanmış qadın başqasını sevə, yenidən ailə həyatı qura bilər. Bu, onun hüququdur. Keçmiş həyat yoldaşının ixtiyarı yoxdur ki, boşanmış arvadının ailə qurmasına mane olsun, onu öldürsün. Təəssüf edirik ki, biz bu gün belə faktlarla rastlaşırıq".

S. Qəhrəmanova problemin həlli yolu kimi bu istiqamətdə maarifləndirici işlərin artırılmasını vurğulayıb: "Burada medianın da üzərinə böyük öhdəlik düşür. Bu istiqamətdə maarifləndirici işlər görülməlidir və həmin insanların düşüncələrinə təsir edilməlidir, düşüncə tərzi dəyişməlidir".

Aytən Zəhra
Azvision.az




Teqlər: Komitə   Ailə   Qadın  





Xəbər lenti