“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik ediləcək

“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik ediləcək
  25 Yanvar 2019    Oxunub:2341
Azərbaycanda gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 5 il deyil, 10 il müddətinə funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək.
Azvision.az xəbər verir ki, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 13-cü (Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı) maddəsinə əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Dəyişikliyə əsasən isə bu müddətin 10 il olması təklif olunur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Gənclər   Qanun  





Xəbər lenti