İranlı general: “Fələstin torpaqlarını azad edəcəyik”

  28 Yanvar 2019    Oxunub : 1337
 İranlı general: “Fələstin torpaqlarını azad edəcəyik”
Əgər İsrail İrana hücum edərsə, İran da əks-hücumla İsraili məhv edəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini, briqada generalı Hüseyn Səlami ötən həftə İsrailin Suriyadakı İran hərbi obyektlərinə hava zərbələrilə əlaqədar xəbərdarlığında edib.

Bildirib ki, İsrailə hücum zamanı İran düşmən ölkəni dağıtmaqla kifayətlənməyəcək və işğal edilmiş Fələstin torpaqlarını da azad edərək öz sahiblərinə - Fələstin xalqına qaytaracaq.

“Elan edirik ki, əgər İsrail bizə qarşı müharibə aparmaq üçün hansısa fəaliyyətə keçsə, bu, onun öz məhvinə və işğal edilmiş Fələstin torpaqlarının azad edilməsinə aparıb çıxaracaq” – iranlı general bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İran   Fələstin   İsrail