24 cinayətin üstü “isti izlər”lə açılıb
Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Azvision.az