Nazirlik 300 hektar ərazidə ağac əkib

Nazirlik 300 hektar ərazidə ağac əkib
  21 Mart 2019    Oxunub:1461
21 mart - Beynəlxalq Meşələr Günüdür
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Beynəlxalq meşələr günü ilə əlaqədar ölkənin müxtəlif bölgələrində yerli icra orqanları və rayon ictimaiyyəti ilə birgə iməciliklər keçirilir.

Aksiyalar zamanı bu gün də daxil olmaqla 300 hektar ərazidə müxtəlif növ meyvə və meşə cinsli ağaclar əkilib. Bu işlər yaz mövsümünün sonuna kimi davam etdiriləcək.

Xatırladaq ki, BMT-nin Baş Assambleyası 2012-ci ildə martın 21-ni “Beynəlxalq Meşələr (meşə və ağaclar) günü” elan edib. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti