Nazirlər təhlükəsizlik və hərbi əməkdaşlığı müzakirə etdilər

 Nazirlər təhlükəsizlik və hərbi əməkdaşlığı müzakirə etdilər
  22 Mart 2019    Oxunub:2803
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Pakistanın müdafiə naziri Pervez Xattaq arasında görüş keçirilib

Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, P.Xattaq ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu bildirib.
Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı nazir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib.

Z.Həsənov vurğulayıb ki, Azərbaycanla Pakistan arasında dostluq münasibətləri dərin köklərə malikdir. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edərək bunun xalqlarımızın iradəsindən qaynaqlanan tərəfdaşlıq münasibətlərinin göstəricisi olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, həmçinin maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Pakistan   Zakir-Həsənov  





Xəbər lenti