Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub

 Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
  22 Mart 2019    Oxunub:3641
Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 22-də bu ölkənin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Zübair Mahmud Həyat ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, eləcə də terrorizmə qarşı mübarizədə əməkdaşlığın daha da inkişaf etdirilməsi, döyüş hazırlığı, ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin təşkili, iki ölkə ordularının bütün qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Azvision.az


Teqlər: Azərbaycan   Pakistan   Hərbi  





Xəbər lenti