Azərbaycan Pakistanla hərbi əlaqələri genişləndirir - VİDEO

Azərbaycan Pakistanla hərbi əlaqələri genişləndirir -  VİDEO
  23 Mart 2019    Oxunub:4342
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan Quru Qoşunlarının komandanı, general Qamar Caved Bacva ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli formatda yüksələn xətlə inkişaf etməsindən, xüsusi ilə hərbi sahədə əməkdaşlığın genişləndirilməsindən, eləcə də strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.

Tərəflər qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin vacibliyini bildirərək müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bir daha qeyd ediblər.



Azvision.az



Teqlər: MN   Pakistan  





Xəbər lenti