Deputatlar ABŞ-a gedir

Deputatlar ABŞ-a gedir
  23 Mart 2019    Oxunub:2384
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadə martın 23-də ABŞ-ın paytaxtı Vaşınqton şəhərinə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, deputatlarımız ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər. Səfər martın 30-da başa çatacaq.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti