Əhaliyə iki günlük hava xəbərdarlığı

  Əhaliyə iki günlük hava xəbərdarlığı
  23 Mart 2019    Oxunub:2182
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Nazirliyin Milli hidrometeorologiya departamentindən Azvision.az -a verilən məlumata görə, martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s olacaq, 25-də isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-yə çatacaq.

Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8° isti olacaq.

Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti