Türkiyədə əmlakı olan azərbaycanlıların sayı artıb

   Türkiyədə əmlakı olan azərbaycanlıların sayı artıb
  23 Mart 2019    Oxunub:3173
Bu ilin fevral ayında Azərbaycanın 105 vətəndaşı Türkiyədə daşınmaz əmlak alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 nəfər və ya 66,67 faiz çoxdur.

2019-cu ilin ilk iki ayında isə bu rəqəm 200 nəfər təşkil edib. Bu da illik müqayisədə 72 nəfər və ya 56,25 faiz çoxdur.
Türkiyədə, ümumilikdə, fevral ayında 3 min 357 xarici vətəndaş mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91 faiz çoxdur. Yanvar-fevral aylarında isə Türkiyədə xarici vətəndaşlara 6 min 557 mənzil satılıb. Burada da illik müqayisədə 86,4 faiz artım müşahidə olunur.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq ilk yerdədir. Siyahıda sonrakı yeri isə iranlılar tutur.

Azvision.az



Teqlər: Türkiyə   Əmlak  





Xəbər lenti