ŞƏT-in baş katibindən Azərbaycan xalqına təbrik

ŞƏT-in baş katibindən Azərbaycan xalqına təbrik
  24 Mart 2019    Oxunub:2031
Azərbaycan prezident İlham Əliyevin müdrik rəhbərliyi və xalqın zəhmətkeşliyi, əzmkarlığı ilə qısa dövrdə sosial-iqtisadi sahələrdə böyük nəticələr əldə edib.
Azvision.az xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi, Özbəkistan diplomatı Vladimir Norov deyib. Baş katib Novruz bayramı münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın uğurlarının davamını arzuladığını bildirib:

"Mən ən yaxın və əziz dostlarımız olan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayram bizə sevinc, xoşbəxtlik, sülh və əmin-amanlıq gətirir. Min illərdir qeyd etdiyimiz bu bayramda bizim ümumi köklərimiz, ənənələrimiz birləşir. Novruz bayramı münasibətilə Azərbaycan xalqına xoşbəxtlik, rifah, əmin-amanlıq və tərəqqi arzu edirəm”.

Azvision.az


Teqlər: Azərbaycan   Özbəkistan   Novruzbayramı  





Xəbər lenti