Nazirlik 3 azyaşlının köməyinə çatdı

  25 Mart 2019    Oxunub : 575
Nazirlik 3 azyaşlının köməyinə çatdı
Köməksiz vəziyyətdə qalan 3 az yaşlı xilas edilib.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda ikisi azyaşlı olmaqla 3 nəfər qapının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

Azvision.az

Teqlər: FHN