FHN yanğın yerinə 3 helikopter göndərdi - FOTO+VİDEO (Yenilənib)

  26 Mart 2019    Oxunub : 9591
 FHN yanğın yerinə 3 helikopter göndərdi - FOTO+VİDEO (Yenilənib)
Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

***

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Bu barədə Azvision.az -a FHN-in mətbuat xidmətindən bildirilib. Əlavə məlumat veriləcək.



***
Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Bu barədə Azvision.az -a FHN-in mətbuat xidmətindən bildirilib. Əlavə məlumat veriləcək.



Azvision.az

Teqlər: FHN   Yanğın