Yanğınla əlaqədar yolda hərəkət məhdudlaşdırılıb

  26 Mart 2019    Oxunub : 1387
 Yanğınla əlaqədar yolda hərəkət məhdudlaşdırılıb
Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğın səbəbilə yolda hərəkət məhdudlaşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Q.Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkət məhdudlaşdırılıb. Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar Çobanzadə küçəsindən keçməklə hərəkət edir.

Azvision.az


Teqlər: BNA   Yanğın