"Diqlas"dakı yanğında 6 nəfər xəsarət alıb - Səhiyyə Nazirliyi

  26 Mart 2019    Oxunub : 1898
 "Diqlas"dakı yanğında 6 nəfər xəsarət alıb - Səhiyyə Nazirliyi
Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, xəsarət alanlardan 3 nəfər Fövqəlada Hallar Nazirliyinin (FHN), 2 nəfər mühafizə xidmətinin əməkdaşı olub, 1 nəfər isə sıravi işçidir.
FHN-nin əməkdaşından biri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalan 5 nəfər isə tüstüdən yüngül zəhərləndiyindən onlara yerində yardım göstərilib.

Azvision.az

Teqlər: Yanğın