“Diqlas”dakı yanğında 12 nəfər xəsarət alıb

  26 Mart 2019    Oxunub : 2057
“Diqlas”dakı yanğında 12 nəfər xəsarət alıb
Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 12 nəfər xəsarət alıb.
Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Azvision.az -a verilən məlumata görə, hadisə yerinə Nizami rayon 6 saylı Təcili Tibbi Yardım Stansiyasının, Xətai rayonu 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, Sabunçu rayonu 13 saylı Təcili Tibbi Yardım Stansiyasının bölmələri cəlb edilib.

Yanğın zamanı 5 nəfər tüstüdən boğulma ilə təcili yardıma müraciət edib. Belə ki, hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1-i xəstəxanaya yerləşdirilib.

Həmçinin 1 polis əməkdaşı burun qanaxması ilə təcili yardıma müraciət edib. Yanğın zamanı daha 2 nəfər isə yanıq xəsarətləri alıb.

Azvision.az

Teqlər: Diqlas   Yanğın