Hərbi qulluqçumuz şəhid oldu

  26 Mart 2019    Oxunub : 3402
 Hərbi qulluqçumuz şəhid oldu
Martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.

Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb.

Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi   Cəbhə   Şəhid