Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
  27 Mart 2019    Oxunub:1175
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan Azvision.az -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 4-6° isti, gündüz 10-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək.

Azvision.az



Teqlər: Hava   ETSN  





Xəbər lenti