XİN təsdiqlədi: İlham Əliyev Paşinyanla Vyanada görüşəcək

      XİN təsdiqlədi:    İlham Əliyev Paşinyanla Vyanada görüşəcək
  27 Mart 2019    Oxunub:3919
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ilk rəsmi görüşünün yeri və vaxtı açıqlanıb.
Bu barədə Azvision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Azvision.az



Teqlər: XİN   Prezident   Paşinyan  





Xəbər lenti