Bayram günlərində təcili yardıma 15 minə yaxın müraciət daxil olub

Bayram günlərində təcili yardıma 15 minə yaxın müraciət daxil olub
  27 Mart 2019    Oxunub:1859
Bayram günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına edilən müraciətlərin sayı açıqlanıb.

AzVision.az -ın sorğusuna cavab olaraq Səhiyyə nazirliyindən bildirilib ki, martın 20-dən 26-dək stansiyaya 14761 müraciət qeydə alınıb.
Bildirilib ki, martın 20-də 2046, 21-də 2213, 22-də 2141, 23-də 2090, 24-də 2108, 25-də 2026, 26-da isə 2137 müraciət daxil olub.

Qeyd olunub ki, çağırışlar əsasən təzyiq, temperatur, başağrısı, ürək damar xəstəlikləri ilə əlaqədardır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təcili-Yardım   Səhiyyə-Nazirliyi  





Xəbər lenti