Bakıya gələn turistlər üçün kart hazırlanır

  27 Mart 2019    Oxunub : 766
 Bakıya gələn turistlər üçün kart hazırlanır
"Bakı turizm kartı yay mövsümünə qədər istifadəyə veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, kartlar artıq çapa göndərilib.

"Kartın konsepsiyasında nəzərdə tutulur ki, hansısa biznes strukturlarında güzəştlər olsun. Ölkə üzrə belə bir kartın yaradılması hələ ki, nəzərdə tutulmayıb. Ola bilsin ki, gələcəkdə regionlarda da tətbiq edilsin".

Qeyd edək ki, Bakı turizm kartları həm yerli, həm də xarici vətəndaşlar üçün nəzərdə tutulub. Kartlar 24, 72 saatlıq və 1 həftəlik olacaq. Qiymətə gəldikdə isə, bu kartlar 35, 60 və 90 manat təşkil edəcək.

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm   Kart