Yanğından zərər çəkənlərə dövlət yardım edəcək - VİDEO

Yanğından zərər çəkənlərə dövlət yardım edəcək -  VİDEO
  28 Mart 2019    Oxunub:8024
"Diqlas" Ticarət Mərkəzində baş verən yanğından zərərçəkənlərə dövlət yardımı ödəniləcək.
Azvision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov yanğından zərərçəkən sahibkarlarla görüşündə deyib.

PA rəsmisi bildirib ki, Prezidentin tapşırığı ilə hər bir kəsə dəymiş ziyan dövlət tərəfindən ödəniləcək.



Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı bir sıra mağazalar yanaraq külə dönüb.

Azvision.az


Teqlər: PA   Hüseyn-Mövsümov  





Xəbər lenti