“Qarabağda 67 məscid məhv edilib” - Komitə rəsmisi
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.
S.Salahlı qeyd edib ki, milli-mənəvi abidələrimiz həm də xalqımızın daşlaşmış tarixidir. "Onlar bu dəyərlərimizi məhv etməklə azərbaycanlıların guya burada yaşamadıqları iddiasındadırlar. Özlərinin "Böyük Ermənistan" arzularını gerçəkləşdirmək üçün abidələrimizi dağıdıb məhv edirlər. Ermənilər bu abidələri tarix boyu 4 istiqamətdə dağıdıblar. Birincisi tamamilə uçururlar, ikincisi bu abidələri özgələşdirib, dəyişdirirlər, üçüncüsü bu abidələri tamamilə yer üzündən silirlər, dördüncüsü isə qriqoyanlaşdırırlar. Bununla da bu ərazilərdə azərbaycanlıların gec məskunlaşdıqlarını və o abidələrin isə özlərinə məxsus olduğunu bəyan edirlər. Qədim Azərbaycan torpaqlarında, eləcə də, Dağlı Qarabağda məhv edilən abidələrdən 367-si tarixi abidələr, 67-si məscidlər, 140-ı ziyarətgahlar, 140-ı da məbədlərdir. Bunlar erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib, uçurulub və Azərbaycan xalqının milli mənəvi yaddaşına güclü zərbə vurulub".
Aytən Zəhra
Azvision.az
Teqlər: Dini-Komitə Qarabağ