Daxili İşlər Nazirliyi həkim axtarır

Daxili İşlər Nazirliyi həkim axtarır
  28 Mart 2019    Oxunub:2647
Daxili İşlər Nazirliyi (DİN) tibb idarəsinin müalicə–profilaktika müəssisələrində vakant olan həkim-narkoloq, həkim-uroloq, həkim-onkoloq, həkim-travmatoloq, həkim-cərrah, həkim-neyrocərrah və həkim-epidemioloq vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum edilməmiş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi ödəniləcək. Habelə onların qanunvericiliklə müəyyənləşdirilmiş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən bütün imtiyazlardan istifadə hüququ olacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər https://azvision.az/redirect.php?url=http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq aprelin 27-dək elektron poçt vasitəsilə DİN-in tibb idarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (kişilər üçün) və əmək kitabçasının surətini təqdim etməlidirlər.

Əlavə məlumatı DİN-in baş kadrlar idarəsinin (012) 590-20-59, (012) 590-20-94 əlaqə telefonlarından almaq mümkündür.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti