Əlilliklə bağlı yeni meyarlar hazırlanıb
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, bu meyarlar əsasında qanunvericilik tərtib olunub:
Nazirin fikrincə, hazırda əlillik elə bir mexanizm ilə müəyyən edilir ki, onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi görmür: "Həkimlərin müayinəsi əsasında elektron məlumat nazirliyə daxil olur. Biz bu məlumata əsasən əliliyi ya təsdiq edirik, ya da etmirik".
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə bildirilib ki, elektron xidmətlər vasitəsilə mənfi hallar aradan qaldırılır: "İlk 6-8 ay ərzində əlilliyin verilməsi hallarını azaltmışıq, reabilitasiya xidmətlərini daha da artırmışıq".
Aytən Zəhra
Azvision.az