Əlilliklə bağlı yeni meyarlar gələn il qüvvəyə minəcək

   Əlilliklə bağlı yeni meyarlar gələn il qüvvəyə minəcək
  28 Mart 2019    Oxunub:1550
Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlara keçidin 2020-ci ilin 1 yanvarından etibarən qüvvəyə minməsinə gözləyirik.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu ilin ikinci yarısında artıq qanun qəbul edildikdən sonra ciddi bir təlim proqramı vasitəsilə bütün aidiyyəti həkimlərə təlim və treyninqlər keçiriləcək.

Qeyd edək ki, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanıb. Meyarlar əsasında qanunvericilik tərtib olunub və yaxın vaxtlarda Milli Məclisə təqdim ediləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Əlillik  





Xəbər lenti