Azərbaycanda minlərlə mikromüəssisə yaradılacaq

  Azərbaycanda minlərlə mikromüəssisə yaradılacaq
  28 Mart 2019    Oxunub:3080
"Özünəməşğulluq proqramına ötən il təqribən 7200 insanı cəlb etmişik və 6000 min ailəyə aktivlər paylamışıq. Cari il ərzində bu proqramın genişləndirilməsi, təxminən 8 -10 minə çatdırılması nəzərdə tutulur"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, gələn ildən Dünya Bankının krediti hesabına əlavə bir layihə də başlanacaq:

"Bu istiqamətdə Dünya Bankı ilə müzakirələr gedir. Təqribən 7000 min insanın işsizlikdən sığorta fondu hesabına, digər 7-8 min insanın isə dünya bankının vəsaitləri hesabına proqrama cəlb edilməsi gözlənilir. Bununla da gələn il bu sayın 15 minə qaldırılmasını planlaşdırırıq. Söhbət 15 min ailədən gedir. Orta hesabla bir ailəni 4 nəfərdən götürsək, bu proqram 60 min insana dəstək olacaq".

Nazir qeyd edib ki, bu layihə 15 min kiçik və mikro biznesin yaranmasına səbəb olacaq: "Təcrübə göstərir ki, heç də kiçik və mikro bizneslər uğurlu olmur. Buna görə də, aktivlər paylandıqdan sonra rüblük əsasda monitorinqlər davam etdiriləcək və 2 illik dövrün sonunda nə qədər biznesin uğurlu olaraq fəaliyyətini davam etdirəcəyini və davamlı olacağını görəcəyik".

Aytən Zəhra
Azvision.az



Teqlər: Nazir   ƏƏSMN  





Xəbər lenti