Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az-a verilən məlumata görə, bu qəbuledilməz təsvirin “Little Armenia” adlı restoranının üzərindəki lövhədən yığışdırılması istiqamətində Azərbaycanın Polşadakı səfirliyi tərəfindən dərhal təxirəsalınmaz fəaliyyətə başlanılıb. Bununla əlaqədar Polşa Respublikasının müvafiq qurumlarına etiraz məktubları göndərilib və müvafiq görüşlər keçirilib. Səfirlik tərəfindən görülmüş tədbirlər nəticəsində yuxarıda qeyd edilən təsvir restoranın üzərindən götürülüb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan, eləcə də Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərimizdə həyata keçirilən bütün qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərimizin diqqət mərkəzindədir.
Azvision.az