“Diqlas”ın rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilibmiş

  “Diqlas”ın rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilibmiş
  29 Mart 2019    Oxunub:2902
"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə guya yanğın tam söndürülmədən yanğınsöndürmə bölmələrinin ərazini tərk etməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb"
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "Diqlas" Ticarət Mərkəzindəki yanğınla bağlı yaydığı məlumatda bildirilib.

Nazirlik qəti şəkildə bəyan edib ki, bu məlumatlar kökündən yanlış olmaqla reallığı əks etdirmir və görülən işlərin üzərinə kölgə salmaq məqsədilə qərəzli şəkildə yayılır.

"Həmçinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “DİQLAS” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib.

Təəssüf hissi ilə bildiririk ki, əməliyyat barədə məlumatların nazirliyin rəsmi internet informasiya portalında mütəmadi yenilənməsinə baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən məlumatlar yayır. Kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır, hadisələrə həssaslıq və anlayışla yanaşmağı tövsiyə edirik", - deyə nazirliyin məlumatında qeyd olunub.

Azvision.az



Teqlər: FHN   Diqlas   Yanğın  





Xəbər lenti