İki rayonda azot gübrələri güzəştli satılacaq
Növbəti səyyar satışlar martın 29-da Tovuz rayonunun Qaraxanlı kəndində, martın 30-da isə Ağstafa rayonunun Korxəlfəli kəndində, kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.
Azvision.az
Teqlər: KTN