“Ölkə üzrə 51 aqroparkın yaradılması nəzərdə tutulub” - Nazir müavini

 “Ölkə üzrə 51 aqroparkın yaradılması nəzərdə tutulub” -  Nazir müavini
  29 Mart 2019    Oxunub:2868
"Son 10 ildə aparılan islahatlar nəticəsində kənd təsərrüfatının inkişafını izləyirik. 2018-cu ildə kənd təsərrüfatı məhsullarının 4,6 faiz artımı bunu sübut edir"
Azvision.az xəbər verir ki, bu barədə “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.

Nazir müavini deyib ki, hazırda kənd təsərrüfatı sahəsində idarəetmədə infrastrukturun inkişaf etdirilməsi istiqamətində tədbirlər görülür.

"Növbəti ildən etibarən fermerlər və bu sahədə fəaliyyət göstərən sahibkarlar subsidiyaya müraciəti elektron qaydada həyata keçirə biləcəklər. Bu, onların həmin resurslara çıxışını asanlaşdıracaq. Ölkə əhalisinin 36 faizinin məşğulluğu kənd təsərrüfatı sahəsindədir. Doğrudur, bu sahədə çətinliklər mövcuddur. Çünki kiçik fermer təəssüratlarının mövcudluğu, torpaq və su resurslarının məhdudluğu, bəzən maliyyə resurslarına çıxışın asan olmaması və bu sahədə fəaliyyət göstərən istər sahibkarların, istərsə də digər fiziki şəxslərin bilik və bacarıqlarının azlığı sahənin inkişafına mənfi təsir göstərən amillərdəndir. Nəzərdə tutulan islahatlarla bu sahədə inkişafa nail olmaq hədəflənir".

Nazir müavini qeyd edib ki, ölkədə 51 aqroparkın yaradılması nəzərdə tutulu. Belə ki, artıq onlardan 17-si formalaşdırılıb: "100 min hektardan artıq torpaq bu sahədə işlərin görülməsi üçün ayrılıb. Hədəflənən torpaq resursu isə 200 min hektardan çoxdur".

Aytən Zəhra
Azvision.az



Teqlər: Nazir-Müavini  





Xəbər lenti